Interposta.Info

Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara psixoloji yardım (FOTO/VİDEO)

Ölkə
 31-05-2021, 15:50     361

Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.

Belə ki, ötən müddət ərzində ümumilikdə 1750 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 150-yə yaxın uşaq və yeniyetməyə 3750-yə yaxın seans psixoloji yardım göstərilib.

Hazırda psixoloji yardım işi Bakı şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in "112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26