Interposta.Info

Prokurorluq Göygöldə minaya düşən çobanla bağlı məlumat yaydı

 

Ölkə
 15-07-2021, 12:24     78 720

Dünən Göygöl rayonunda gənc çobanın minaya düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Göygöl rayon prokurorluğundan "İnterPosta"ya verilən məlumata görə, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındakı minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26