Interposta.Info

Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi -VİDEO

Ölkə
 12-07-2021, 19:07     595

Sosial şəbəkədə "Ecofront” adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb.

Bildirilir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ovlayaraq onun ətindən kabab hazırlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələ barədə Oxu.az-a açıqlamasında qeyd edib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb.


Xatırladaq ki, cüyür Azərbaycanın "Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.

[media=https://player.qaynarinfo.az?v=&share_user_id=]
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26