Interposta.Info

Tarixi abidə Qubada məktəb tikintisini yarımçıq qoydu (FOTOLAR)

Ölkə
 10-07-2021, 15:49     492

Quba rayonunun Qrız kəndində yeni orta məktəbin inşası zamanı orta əsrlərə aid qutu qəbirlər və saxsı nümunələr aşkar olunub.

"İnterPosta" "Oxu.az"a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, Dövlət Xidmətinin regional idarəsinin əməkdaşları əraziyə baxış keçirib və qazıntı işləri dayandırılıb.

Əraziyə arxeoloqların baxış keçirməsi üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunacaq.

Qeyd edək ki, ötən gün Qubada məktəb tikintisi zamanı tarixi abidə aşkar edildiyi üçün kənd sakinləri tikintinin dayandırılmasını istəyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26