Interposta.Info

Bakıda oğlan ondan ayrılan sevgilisini avtomobillə vurdu

Ölkə
 10-07-2021, 10:21     417


Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26