Interposta.Info

Vətən müharibəsi qazisi koronavirusdan öldü (FOTOLAR)

Ölkə / Manşet
 6-07-2021, 11:30     1 070

Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

"İnterPosta"xəbər verir ki, bu barədə lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.

Allah rəhmət eləsin!




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26