Interposta.Info

Daha bir həkim koronavirusdan vəfat etdi (FOTO)

Ölkə
 12-04-2021, 10:06     518

Azərbaycanda həkim koronavirusdan vəfat edib.

Qaynarinfo-nun oxu.Az-a istinadən məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı Oxu.Az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26