Interposta.Info

Əməkdar həkim koronavirusdan vəfat etdi (FOTO)

Ölkə
 4-10-2021, 21:44     295


Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.

Bu haqda onun yaxınları məlumat verib. Bildirilib ki, həkim bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, A. Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub./axşam.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26