Interposta.Info

128 gündür komada olan qazi vəfat ETDİ (FOTO)

Ölkə
 12-02-2021, 22:01     912

Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

"İnterPosta" xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T. İsmayılzadə müalicə aldığı xəstəxanada 128 gündən sonra şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Allah rəhmət eləsin!.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26