Interposta.Info

Yol polisi vəzifəli şəxsi sərxoş halda avtomobil idarə edərkən saxladı (VİDEO)

Ölkə
 30-06-2021, 21:14     383

Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər.

Qanunları pozaraq, sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini pozan onlarla sürücü barədə inzibati protokol tərtib edib və avtomobilini müvafiq sənədləri olmadan, həmçinin sərxoş halda idarə edən sürücülərin nəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, xoşagəlməz halların baş verməsinin və qanun pozuntularının qarşısının alınması məqsədi ilə bu cür yoxlamalar yay mövsümünün sonuna kimi davam etdiriləcək. Reyd zamanı sərxoş halda icra nümayəndəsinin müavini də avtomobilini idarə edərkən saxlanılıb, YPX əməkdaşlarına təhqiramiz ifadələr səsləndirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26