Interposta.Info

Sərxoş sürücü, maşını polisin üstünə sürdü -

Ölkə
 14-01-2017, 16:48     734

 Sərxoş sürücü, maşını polisin üstünə sürdü -

Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə keçirilən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitsəi saxlanılıb. Onlardan 20-i barədə inzibati protokol tərtib edilib.

ARB TV xəbər verir ki, reyd zamanı polisin saxla əmrinə məhəl qoymayaraq aradan çıxan və sükan arxasında sərxoş tutulan sürücülərə də rast gəlinib.

Polisin "Nə üçün spirtli içki içib maşın sürürssən?" sualına, sürücü "Rəis piyə içmişəm də" deyərək cavab verib.

Reyd zamanı protokol, əsasən spirtli içki içərək nəqliyyat vasitəsini idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, sürücülük vəsiqəsinin olmaması və texniki baxışdan keçməyən avtomobillərlə bağlı yazılıb.

Qeyd edək ki, müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində, Astara rayonunda belə reydlər davam etdiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26