Interposta.Info

Koronavirusun "Delta+" variantı: bu, yeni pandemiyanın başlanığıcı ola bilər...

Ölkə
 28-06-2021, 16:12     434

"Koronavirusun "Delta+" variantı daha yoluxucu və öldürücü virusdur və sürətlə yayılmağa malikdir".

Bunu "İnterPosta"-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, əgər virusun bu növü yayılarsa, dünyada ya dördüncü dalğa, ya da yeni pandemiyanın başlanığıcı ola bilər:



"Koronavirusun çoxsaylı mutasyon stamları var. Onların arasında "Hindistan ştammı" (Delta) kimi tanınan növləri var. "Delta" ikili mutasiyaya uğradığından onun hətta "Delta+" vaiantı da var. Buna görə də ciddi narahatlıq var".

Adil Qeybulla bildirib ki, Rusiya və Türkiyədə bu virusun yayılması Azərbaycanı narahat edir:

"Çünki Azərbaycan qloballaşan dünyanın tərkib hissəsidir. Bizdə də bu virusun ola biləcəyi istisna deyil. Bu baxımdan da karantinə ciddi əməl etməliyik. İnsanlar hələ karantinin bitmədiyinin fərqində olmalıdırlar"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26