Interposta.Info

Bu tarixdə ölkəmizdə Delta ştammı aşkarlana bilər - Bədbin proqnoz

Müxtəlif
 1-07-2021, 10:02     493

İyulun ortasınadək koronavirusun Delta ştammı Azərbaycana gələ bilər.

Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, bu ştamm qonşu ölkələrdə də aşkarlandığı üçün Azərbaycana gəlmə ehtimalı yüksəkdir:

"Hesab edirəm ki, Delta variantı bizim ölkəmizə də gələcək. Gürcüstan, Ukrayna, Rusiya və Türkiyədə aşkarlandığı halda təbii ki, bizim ölkəmizə də gəlib çıxa biləcək. Əvvəlcədən epidemik proqnoz vermək çətindir. İlkin olaraq hesab edirəm ki, iyulun ortasına və yaxud axırınadək bizim ölkəmizdə də aşkarlana bilər. Bu ştammın ölkəmizdə aşkarlanmaması mümkün deyil. Çünki artıq yaydır və insanlar xarici ölkələrə səyahətlər edirlər. Belə olan halda isə "Delta”nın gəlmə ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26