Interposta.Info

Parlamentdə ağıllı sayğaclarla bağlı müzakirə: “Parametrlər dəqiqləşməlidir”

Ölkə
 25-06-2021, 15:29     449

"Ağıllı sayğacların parametrləri dəqiqləşməlidir”.

"İnterPosta"xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Enerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vüqar Bayramov deyib. O, layihədə nəzərdə tutulan ağıllı sayğacların parametrlərinin dəqiqləşmədiyini bildirib:

"Layihədə nəzərdə tutulan sayğaclar mövcud sayğaclardan fərqlənmir. Bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac var. Qanun layihəsinin adında və əsas anlayışlar bölməsində enerji effektivliyi və enerji səmərəliliyi ayrıca terminlər olaraq qeyd olunur. Layihənin 2.1.2 maddəsində enerji effektivliyi və 2.1.4. enerji səmərəliliyi fərqli anlayışları təqdim olunur. Aydındır ki, bir sıra inkişaf etmiş ölkələrdə "energy effectivess” və "energy efficency” fərqli terminlər kimi təqdim olunsa da, 2012-ci ildə Avropa Birliyinin direktivi məhz enerji səmərəliyi ilə bağlı olub və praktik olaraq sinonim sözlər olan effektivlik və səmərəlilik vahid termin olaraq təqdim olunur. Bu baxımdan müzakirə etdiyimiz layihədə oxşar yanaşmadan istifadə daha məqsədə uyğun olardı. 2.1.8. enerji auditorunun yalnız fiziki şəxs olması nəzərdə tutulur, amma nəzərə almaq lazımdır ki, oxşar hüquqi şəxslər də təklif edir və bu baxımdan status diskirminasiyası arzu olunan deyil. 4-cü maddə dövlət siyasətinin əsas məqsədilərini təsbit edir. 4.1.2. rəqabətli iqtisadi inkişafın təmin edilməsi məqsədinin qeyd olunması pozitiv məqamdır. Bununla yanaşı, sözügedən maddə çərçivəsində özəl sektorun, xüsusən də startap-ların enerji səmərəliyinin əldə edilməsində iştirakının təşviq edilməsi məqsədəuyğun olardı. Maddə 6-da enerji auiditinin nəticələrinin ictimailləşdirilməsi məsələsinin də öz əksini tapması yaxşı olardı. Eyni zamanda 6.4-cü maddədə nəzərdə tutulan məcburi enerji audit üçün müəyyənləşdirilmiş 3 il müddətinin azaldılması və auditin maliyyələşmə mənbələrinin istiqamətlərinin müəyyənləşdirilməsi yaxşı olardı. 11-ci maddədə istehlak olunan enerjinin ölçülməsi məqsədi ilə ağıllı sayğaclardan istifadə nəzərdə tutulur. Ağıllı sayğacın izahatı əsas anlayışlar bölməsində təqdim olunsa da, bu sayğacların hazırda istifadə olunan sayğaclardan fərqinin nədən ibarət olacağı aydınlaşmır. 11.2-də daha məqsədəuyğun olardı ki, ağıllı sayğaclar zədələndiyi və ya dəyişmə zərurəti yarandığı halda onların təchizatçının vəsaiti hesabına dəyişdirilməsi qeyd olunsun”.\qaynarinfo



Vüqar Bayramov onu da əlavə edib ki, yaşayış mənzilindən kənarda quraşdırılan bu sayğacların qorunmasına təchizatçının özünün məsul olması vacibdir:

"Bərpa olunan enerji mənbəsindən istifadə sadəcə 15-ci maddədə təşviqedici tədbirlərin biri kimi qeyd olunur. Halbuki, Azərbaycanda bərpa olunan enerji mənbəsindən istifadə, yaşıl zonanın formalaşdırılması bu dekadanın 5 əsas prioritetlərindən biri kimi qiymətləndirilib. 2007-ci ildə dünya üzrə eleketrik enerjisi istehsalının 20%-i bərpa olunan enerji mənbələrindən meydana gəlirdisə, 2020-ci ildə bu göstərici 28%-ə yüksəlib. 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni təşkil edəcək. Son 10 ildə günəş və külək enerjisi istehsalının maya dəyəri müvafiq olaraq 89% və 70% azalıb. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Bu baxımdan, enerji səmərəliyinin gücləndirilməsində bərpaoluna enerjidən istifadənin xüsusi təşviq edilməsinə ehtiyac var”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26