Interposta.Info

Qapalı məkanda maska nə vaxtdan ləğv ediləcək? (AÇIQLAMA)
 

Ölkə / Manşet
 17-06-2021, 12:27     531

"Koronavirusa qarşı aparılan kompleks mübarizə nəticəsində kifayət qədər uğur əldə etmişik. Buna baxmayaraq, biz mübarizəni dayandırmırıq, yoluxmanın sıfıra enməsi üçün əlimizdən gələni edirik".

"İnterPosta" xəbər verir ki, bunu "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

"Yəqin ki, bu, əhalinin hansı hissəsinin tam peyvənd olunmasından asılı olacaq. İsraildə bu cür yumşalmalar və yoluxma hallarının stabil azalması əhalinin yarıdan çoxunun peyvəndlənməsi ilə başladı. Bu gün Azərbaycanda rəqəmlər həmin həddə çatmayıb. Yəqin ki, bir neçə ay ərzində bir həmin səviyyə və hədlərə çatacağıq", - deyə baş infeksionist əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26