Azərbaycanda pandemiya nə zaman bitəcək? - İnfeksionist açıqladı
"Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.
"İnterPosta" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: "Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26