Interposta.Info

2021-ci ilin ilk Ay tutulması başladı

Ölkə
 26-05-2021, 14:15     486

2021-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.

"İnterPosta"-nın məlumatına görə, tutulma tam Ay tutulmasıdır. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, saat 13:44:57-də başlayan Ay tutulması saat 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26