Interposta.Info

Vilayət Eyvazov qazi atasını vəzifəyə təyin etdi

Ölkə
 19-05-2021, 11:21     392

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Vətən Müharibəsi qazisi Musa Qasımzadənin atasına yeni vəzifə verib.

"İntterPosta""Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis mayoru Qubad Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəis təyin olunub.

Q.Qasımov bundan əvvəl həmin bölmədə sahə müvəkkili olub.

Qeyd edək ki, qazi M.Qasımzadə Prezidentin sərəncamı ilə "Qubadlının işğaldan azad olunmasına görə”, "Cəbrayılın işğaldan azad olunmasına görə” və "Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26