Interposta.Info

Bu gündən I siniflərə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır

Ölkə
 29-04-2021, 09:35     430


Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır.

"İnterPosta" xəbər verir ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə etmək olar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26