Interposta.Info

Bakıda dəhşətli qəza: dövlət qurumunun əməkdaşı öldü (VİDEO)

Ölkə
 23-04-2021, 12:26     431

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

"İnterPosta" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi "Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan "İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər./apa.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26