Interposta.Info

Bu il neçə nəfərə sosial müavinət və təqaüd ödənilib?

Ölkə
 17-04-2021, 16:41     362

Yanvar-mart aylarında 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan "İnterPosta"-ya bildirilib ki, onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə, 281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26