Interposta.Info

Sosial ödənişlərin birinci yarımildəki həcmi açıqlandı

İqtisadiyyat
 24-07-2020, 18:55     1 018

2020-ci ilin altı ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla, ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat paylaşıb.

Qeyd olunub ki, sosial sahənin dövlət üçün prioritet olması bu sahəyə ayrılan vəsaitlərin həcmində də özünü aydın göstərir.

Ötən altı ayın hər ayı üzrə 510 milyon manat, hər günü üzrə 17 milyon manat, hər saatı üzrə 710 min manat vəsait ödənişi deməkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26