Interposta.Info

TƏBİB-ə yeni səlahiyyət verilir

Ölkə
 7-04-2021, 15:08     305

Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi sahəsində səlahiyyətli orqan dəyişir.

"İnterPosta"-nın məlumatına görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış səhiyyə orqanının təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.

Layihəyə əsasən, bu sahədə təqdimatı müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) – TƏBİB verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26