Interposta.Info

Salyanda şəhidin xatirə kompleksinin açılışı oldu (FOTOLAR)

Ölkə
 30-03-2021, 19:48     458

Salyan rayonunda şəhid Həsənov Kənan Elşad oğlunun xatirəsinə hazırlanmış abidə kompleksinin açılışı olub.

"İnterPosta"xəbər verir ki, abidə kompleksi şəhidin doğulub-böyüdüyü Qaraçala qəsəbəsinin Arxarası kəndində ucaldılıb.


Abidə kompleksində şəhidin adını daşıyan bulaq və park yaradılıb. Kompleksi Kənan Həsənovun atası öz hesabına inşaa etdirib.

Həmçinin kəndin mərkəzi küçəsinə Kənan Həsənovun adı verilib.

Abidənin açılışına Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri qatılıb.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26