Interposta.Info

Azərbaycanlı ailə ABŞ dövlətini aldadıb - 7,4 milyonluq qalmaqal

Ölkə
 23-03-2021, 15:50     307

ABŞ-da yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunub.

"İnterPosta” ABŞ mediasına istinadən xəbər verir ki, Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqdan təqsirli bilinir.

Ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

ABŞ Prokurorluğunun Ohayo Federal Bölgəsi üzrə sözçüsü Daniel Ballın sözlərinə görə, ailənin digər dörd üzvünün - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezin də bu işdə əli olduğu güman edilir. Bu səbəbdən onlara qarşı da ittiham irəli sürüləcəyi istisna deyil.

O bildirib ki, fırıldaqçılıqla ələ keçirilmiş bütün vəsait geri alınacaq.

Bildirilib ki, Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigez, Aydın Kələntərov və Günay Kələntərli Kiçik və Orta Biznes İdarəsini aldatmaq üçün əlbir olublar.

Araşdırma nəticəsində Kələntərovların altı üzvünün Ohayonun şimal-şərqindəki üç evdə onlarla fermer təsərrüfatı təsis etdiyi üzə çıxıb. Saxta şirkətlərə "Fresh Ohio Berries”, "Ohio Natural Beets”, "Organic Ohio Broccoli” kimi adlar verilib.

Ailə bundan sonra hökumətə müraciət edərək, ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti alıb. Dövlət fırıldaqçılıqdan sonradan xəbər tutub.

Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin vevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.\qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26