Interposta.Info

YADDAŞ: Yaxın və uzaq tarixi faciələrimiz... - 22 mart

Ölkə
 22-03-2021, 12:20     128

"İnterPosta" Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:

22 mart 1789-cu il...
Məmləkəti birləşdirmək arzusunda olan Azərbaycanın görkəmli dövlət xadimi, diplomat, tədbirli siyasətçi Fətəli xan Hüseynəli xan oğlu dünyasını dəyişir.

22 mart 1918-ci il...
Dronun başçılıq etdiyi terrorçu daşnaklar İrəvan quberniyasının bir neçə kəndində qətliamlar törədirlər.

22 mart 1918-ci il...
Urmiyada erməni xəyanətinin nəticəsində 1000-dən çox köməksiz müsəlman qətlə yetirilir.

22 mart 1918-ci il...
Terrorçu ermənilər Ərəş qəzasının Ağdam-Qəbələ yolunun Ağtala hissəsində yolçulara hücum edib, onları qətlə yetirərək, cəsədlərini ağaclardan asırlar.

22 mart 1918-ci il...
Erməni xəyanətkarları Şuşada Novruz bayramı günündə silahlı qiyam törədirlər.

22 mart 1918-ci il...
Zaqafqaziya Seymində keçirilən iclasda gürcü və erməni fraksiyaları Osmanlı imperiyasına qarşı müharibə etməyi təklif edirlər.

22 mart 1919-cu il...
Erməni silahlı dəstələri Xankəndi şəhərinə hücum edirlər.Qətlə yetirilən azərbaycanlılar arasında qadınlar, qocalar, uşaqlar vardır.

22 mart 1920- ci il...
Şuşada bolşeviklərin sifarişi ilə ermənilər xəyanətkarcasına Azərbaycan xalqının əziz Novruz bayramı günündə silahlı qiyam törədirlər.

Erməni daşnaklarının üsyünçı dəstələri gecə saat 3-də Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Tərtər və digər ərazilərdə yerləşən Azərbaycan hökümətinin qoşum bölmələri üzərinə eyni vaxtda hücum edirlər. Xankəndi yaşayış məntəqəsində üsyan edən ermənilər azərbaycanlıların evlərinə silahlı basqınlar edirlər. Əksər yerlərdə bu erməni separatçı qiyamı dəf olunsa da, onlar Əsgəran qalasını ələ keçirə bilirlər.

Erməni silahlı qüvvələri Rusiya ilə Azərbaycana qarşı eyni vaxtda müharibə başlamaq haqqında razılaşmaya əsasən Zəəngəzur, Naxçıvan və Qarabağ istiqamətlərində işğalçı yürüşə başlayır. Erməni pristavları erməni general-qubernatorun görüşünə gəlmək adı ilə 200 nəfərlik silahlı dəstə ilə hissə-hissə Şuşaya girib daxildəki ermənilərlə birləşirlər.

Birləşmiş erməni silahlı dəstələri Şuşa şəhərinin azərbaycanlılar yaşayan hissələrinə hücum edirlər. İtkilər olur.

22 mart 1920-ci il...
Novruz bayramı günündə erməni daşnakları Qarabağən dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün Əsgəran keçidini kəsirlər. Strateji Əsgəran qalasının tutulması nəticəsində Qarabağın bir hissəsini Azərbaycanla birləşdirən yeganə yol Dronun rəhbərliyi ilə erməni bandit dəstəsinin əlinə keçir. Şuşa, Xankəndi, Xocalı, Tərtər üzərinə basqınlar olur. Çoxlu sayda ölən və yaralananlar olur.

Yaranmış gərgin vəziyyətlə əlaqədar Azərbaycan höküməti Qarabağ bölgəsinə general-mayor Həbib bəy Səlimovun başçılığı ilə 20 000 nəfərlik qoşun göndərir. Döyüşlər zamanı Azərbaycan tərəfi də xeyli itkilər verir.

22 mart 1920-ci il...
Erməni daşnakları Xankəndi şəhərində Azərbaycan ordusunun hissələrinə, eləcə də Gəncə və Qazax qəzalarının ərazilərinə basqınlar edirlər. İtkilər olur.

22 mart 1920-ci il...
Şirəyöl mahalının ayrı-ayrı kəndlərinə basqın edən erməni daşnak qrupları 200 nəfər azərbaycanlını qətlə yetirir.

22 mart 1921-ci il...
Erməni yaraqlıları Qərbi Azərbaycanın Arpaçay (indiki Axuryan) qəsəbəsində amansız terror aktı törədərək 148 nəfər dinc tür sakini qətlə yetirirlər.

22 mart 1932-ci il...
Uzun illər (1917-1930) daşnak terrorçularına qarşı mübarizə aparmış el qəhrəmanı Abasqulu bəy Şadlınski muzdlu erməni qatili tərəfindən qətlə yetirilir.

22 mart 1988-ci il...
Qərbi Azərbaycanın Oğuz elinin Böyük Ayrım kəndində anadan olan 27 yaşlı Qərib adlı bir nəfər azərbaycanlı sürücü erməni quldurları tərəfindən vəhşicəsinə bıçaq ilə öldürülür və maşını ilə birlikdə ərazidəki Debetçaya atılır.

22 mart 1990-cı il...
Dağlıq Qarabağ Muxtar Vilayəti Aqrar-sənayə Komitəsinin rəhbəri R.Ayriyanın təşəbbüsü ilə "dərin şum işləri aparmaq üçün” Prikarpatyedən T-54 tipli 40 ədəd "çıxdaş edilmiş” tank gətirilir. Sonralar bu tanklardan azərbaycanlıların vilayətdən qovulmasında istifadə olunur.

22 mart 1991-ci il...
Sur kəndi erməni yaraqlıları tərəfindən atəşə tutulur.

22 mart 1991-ci il...
Yevlax-Laçın yolu avtomobil yolunun 134-cü kilometrliyində DQ üzrə Respublika Təşkilat Komitəsinə məxsus avtomaşın Qaladərəsi kəndi yaxınlığında erməni yaraqlıları tərəfindən avtomat silahlardan atəşə tutulur. Nəticədə sərnişin –Gəncə şəhər sakini M.Vəliyev həlak olur, 3 nəfər sərnişin isə yaralanır.

22 mart 1992-ci il...
Ağdam rayonunun Muğanlı kəndinə ermənilər tərəfindən basqın edilir. 1 nəfər öldürülür, 200 baş mal-qara aparılır.

22 mart 1992-ci il...
"UAZ-469” markalı 60-25 AZU dövlət nömrə nişanı olan azərbaycanlılara məxsus avtomaşın Qazax rayonu ərazisində, Sofulu-Cəfərli yolunda erməni terrorçuları tərəfindən partladılır. Partlayış nəticəsində 3 nəfər həlak olur, 2 nəfər yaralanır.

22 mart 1992-ci il...
Qazax rayonunun Quşçu Ayrım kəndi ermənilərin atdıqları raket atəşlərinə məruz qalır. 1 nəfər həlak olur, 1 nəfər yaralanır.

22 mart 1993-cü il...
Cəbrayıl rayonunun bir neçə kəndi ermənilər tərəfindən müxtəlif silahlardan atəşə tutulur. Tələfat və çoxsaylı dağıntılar olur.

22 mart 1993-cü il...
Papravənd, Canyataq və Gülyataq istiqamətlərində erməni silahlı birləşmələri ilə şiddətli döyüşlər davam edir. Ölən və yaralananlar olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26