Interposta.Info

29 yanvar tarix boyu... – 1299-1994

Ölkə
 29-01-2021, 13:43     477

"İnterPosta" jurnalsit Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:

29 yanvar 1299-cu il...

Osmanlı imperatorluğu elan edilir.

29 yanvar 1916-cı il...

Rus ordusu Ərzurum istiqamətində hücuma keçir. Çoxlu sayda günahsız insanlar, o cümlədən Azərbaycan türkləri qətlə yetirilir.

29 yanvar 1918-ci il...

Gəncə quberniyası ərazisində çar rejiminə qarşı üsyan başlayır. Üsyançıların bəziləri rejimin yerli məmurları tərəfindən cəzalandırılır...

29 yanvar 1919-cu il...

Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarını əhatə edən, mərkəzi Şuşa şəhəri olan, yeni yaradılan general-qubernatorluğu (Xosrov bəy Sultanov general-qubernator təyin edilmişdi) ermənilər tanımaq istəmir və elə həmin gün Zəngəzurda və Qarabağda ölümlə nəticələnən bir neçə terror aktı törədirlər.
29 yanvar 1942-ci il...

Sovet İttifaqı, Böyük Britaniya və İran arasında birgə alyans haqqında saziş imzalanır. Sazişə görə, Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirilir.

29 yanvar 1944-cü il...

Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin qızı Lətifə və nəvəsi (Lətifənin qızı) Qazaxıstanda, Balacan kəndində sürgündə olarkən gecə vaxtı soyuq daxmada donaraq ölürlər.

29 yanvar 1992-ci il...

Xocalıdan sonuncu vertolyot uçur. Xocalı şəhəri tam mühasirədə qalır.

29 yanvar 1992-ci il...

Ağdam rayonunun və Ağdam şəhərinin qərbində yerləşən azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən atılan raket atəşlərinə məruz qalır. Çoxlu dağıntılar baş verir.

Ağdamda yanacaq doldurma məntəqəsinə düşən raket mərmisinin partlaması nəticəsində 1 nəfər azərbaycanlı həlak olur.

29 yanvar 1992-cü il...

Ağdam rayonunun Şelli və Əhmədavar kəndləri istiqamətində erməni silahlıların hücumu zamanı 2 azərbaycanlı həlak olur.

29 yanvar 1994-cü il...

Ağdam rayonunun Salahlı kəndi ermənilər tərəfindən işğal edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26