Azərbaycanda Britaniya ştammına yoluxanların yaşı açıqlandı

İndiyədək Azərbaycanda "COVID 19”un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.
"İnterPosta" xəbər verir ki, bu barədə APA-ya Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.
Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26