Interposta.Info

Təhsil naziri intihar edən məktəblilərdən yazdı

Ölkə
 10-03-2021, 00:05     283

Təhsil naziri Emin Əmrullayev intihar edən məktəblilərlə bağlı paylaşım edib.

Nazir sosial şəbəkə hesabında hadisədən kədərləndiyini bildirib:

"Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün günorta saatlarında iki məktəbli Lökbatanda yerləşən hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar./azxeber.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26