Interposta.Info

Vətən müharibəsi şəhidi torpağa tapşırıldı (YENİLƏNİB/FOTO)

Ölkə / Manşet
 8-03-2021, 16:14     461


Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

"Report"un məlumatına görə, şəhidimiz Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub. Ali Baş Komandanın sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

09.40

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu beş ay sonra hospitalda vəfat edib.

"İnterPosta" APA-ya istinadən məlumat verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26