Interposta.Info

Azərbaycanda pandemiya yayda bitəcək?- AÇIQLAMA

Ölkə
 3-03-2021, 13:25     351

"Karantin qaydalarının sərtləşdirilməsi və yumşaldılması epidemioloji situasiyaya görə qərar veriləcək. Hesab edirəm ki, bu gün buna ciddi ehtiyac duyulmur. Amma ehtimal həmişə qalır. Çünki koronavirusla bağlı dünyada üzrə verilən proqnozların çoxu özünü doğrultmur".

BAKU.WS xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, bu proses artıq bir il yarımdır uzanır və virusun qapanması ilə bağlı real nəticə ortada yoxdur: "İstənilən halda pandemiyanın sonu var. Mutasiyaya uğrayan virus gec-tez sona çatır. Digər tərəfdən kollektiv immunitet formalaşmalıdır. Vaksinasiya prosesi də həyata keçirilir. Vaksinasiya prosesi bu yolda çox mühüm addımdır və dünya infeksion xəstəliklərə qarşı mübarizədə bundan uğurlu variant və ya yol tanımır.

Hesab edirəm ki, vaksinasiya olunmuş şəxslər də karantin qaydalarına ciddi əməl etməlidir. Əgər hansısa artım varsa, bunun səbəbləri araşdırılmalıdır. Əslində bu açılışlar, yumşalmalarla bağlıdır. Məktəblər açılır, kommunikasiyalar, təmaslar artıb. Lakin epidemioloji vəziyyət kəskinləşərsə, karantinlə bağlı müəyyən sərt qərarlar verilə bilər. Biz bunu arzu etmirik, insanlarımız karantindən artıq bezib. Karantin elan olunacağı təqdirdə, insanlarımız buna ciddi əməl etməlidir.

İnsanlar arasında vaksinlə bağlı şayiələrin yayılması bizim bir növ təlqinə meyilli olmağımızdan irəli gəlir. Xeyli insanlar var ki, bu cür şayiələrə tez inanırlar. Vaksinin tərkibində insanlıq əlyehinə hər hansı maddə varsa, bu ciddi məsuliyyət yaradır. Çinin istehsalı olan vaksin ənənəvi üsulla hazırlanıb və təhlükəsizdir. Viruslar hüceyrə kulturasında yetişdirilir və həmin viruslar fiziki və kimyəvi, daha çox qanla şüalanma ilə öldürülür, lakin strukturu saxlanılır. Virus çox həssas və zəifdir. Onun hüceyrəsi, sitaplazması, immunt sistemi olmadığına görə onlar tez məhv olur. Viruslar belə sərbəst hərəkət etsəydi, Yer kürəsində həyat qalmazdı".

Tibb elmləri doktorun fikrincə, Azərbaycanda vaksinasiya prosesi effektiv aparılır: "Bizə ən uyğun olan elə Çin vaksinidir, çünki bu vaksin yüksək səviyyəli laboratoriyada hazırlanr. Azərbaycanda martın ortalarında xeyli sayda insanda immun sisteminin formalaşması prosesi başlayaraq davam edəcək.

ÜST-ün rəhbəri ötən gün açılaması zamanı bildirmişdi ki, xəstəlik artıq nəzarətə götürülüb. Hesab edirəm ki, bu, kifayət qədər ciddi informasiyadır. Çünki dünyanın xəstəliklərə nəzarət və proflaktika mərkəzləri də bu qənaətə gəlib. Fikrimcə, pandemiya artıq yavaş-yavaş nəzarət altına alınır. Sadəcə vaksinlərin dünya üzrə ədalət şəkildə paylaşdırılması əsas məsələ olmalıdır. Bu reallaşarsa, biz SARS-CoV-2 virusunu görməyəcəyik. Ola bilər ki, onun hansısa formaları, analoji yaxınlıqları olsun, amma yəqin ki, bu virusla yay ayına qədər vidalaşacağıq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26