Interposta.Info

“Paşinyan qaçacaq, ordu elə-belə bəyanat verməyib” -erməni ekspert

Ölkə
 25-02-2021, 13:39     400

“Əgər Silahlı qüvvələrin Baş qərargahı fikrini dəyişməsə Nikol Paşinyan qaçmağa məcbur qalacaq”.

"İnterPosta" “Sputnik Armeniya” saytına istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Armen Badalyan bildirib.

“Həmin bəyanatın altında təkcə Onik Qasparyanın deyil, bütün korpus komandirlərinin imzası var. Bu isə ordunun hamısının hakimiyyətə qarşı olduğu anlamına gəlir. Hətta baş nazir öz tərəfdarlarına silah paylasa belə onlar silahlı qüvvələrin qarşısında duruş gətirə bilməzlər”,-deyə o söyləyib.

Amen Badalyanın sözlərinə görə, Nikol Paşinyanın söykənə biləcəyi yalnız öz deputatları qalıb ki, onlar da polis kimi heç nə edə bilməzlər. Üstəlik, hakim partiya içində baş nazirə dəstək də mütləq deyil. Onlar öz həyatları bahasına rejimi qorumaq istəməyəcəklər. O ki qaldı xalqa, Nikol Paşinyanın özü də sadə vətəndaşların ordu qarşısında onu müdafiə etməyə müqavimət gücünün olmadığını gözəl başa düşür.

“Nikol Paşinyanın tərəfdarları azdır və toqquşmalar da istisna olunmur. Əgər şəhərə qoşun yeridilsə hər kəs, o cümlədən Paşinyanın dəstəkçiləri də qaçıb dağılışacaq. Kimsə onları “ölüm fədailəri” filan hesab etməsin”,-deyə A.Badalyan qeyd edib.

Erməni ekspert Onik Qasparyanın hərbi çevrilişə əl atması halında Paşinyan üçün ən pis ssenarinin gerçəkləşəcəyini vurğulayıb. Onun fikrincə, son memorandum Baş qərargahın anında verdiyi qərara oxşamır. Burada bir çox faktorların, o cümlədən xarici amillərin təsiri mövcuddur./Musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26