Interposta.Info

Bakıda 6 dərəcə şaxta var - Faktiki hava

Ölkə
 24-02-2021, 16:11     192

Milli Hidrometeorologiya Xidməti faktiki hava ilə bağlı açıqlama yayıb.

"İnterPosta" xəbər verir ki, fevralın 24-ü saat 15:00-a olan məlumatına əsasən Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Ağsu, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Şabran, Altıağacda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Göyçay, Astarada 2 sm, Şəki, Xaçmaz, Zərdab, Yardımlıda 1 sm, Bakıda 23 sm, Sumqayıtda 8 sm, Binədə 7 sm, Maştağada 5 sm olub.

Şimal-qərb küləyi Neftçalada 28 m/s, Naftalanda 24 m/s, Salyanda 23 m/s, Hacıqabul, Ceyrançöldə 20 m/s, Mingəçevir, Tərtərdə 18 m/s, Ağstafa, Xaçmaz, Beyləqan, Tovuzda 16 m/s, Biləsuvarda 15 m/s, Qum adası, Maştağada 28 m/s, Neft Daşları, Pirallahı, Bakıda 25 m/s, Sumqayıtda 23 m/s, Binədə 22 m/s, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.4 metrə çatıb.

Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26