Interposta.Info

Bu rayonlara qar yağdı (FAKTİKİ HAVA)

Ölkə
 25-11-2021, 13:12     124

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Astarada 27, Lənkəranda 22, Qəbələdə 17, Göygöldə 9, Daşkəsəndə 8, Gədəbəy, Gəncədə 7, Mingəçevir, İsmayıllı, Oğuzda 6, Quba, Lerik, Qusarda 5, Ləzə, Yardımlı, Şəmkirdə 4, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Xınalıq, Daşkəsəndə 5, Qrızda 4, Göygöl, Altıağacda 2, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26