Interposta.Info

Zakir Fərəcov qaziyə vəzifə verdi - FOTO

Ölkə
 19-02-2021, 16:20     418

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin olunub.

Bu vəzifəyə Tərlan Əziz oğlu Hacızadə təyin olunub.

Qeyd edək ki, Tərlan Hacızadə 1971-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, 1993-cü ildə Ağdərə rayonu Madagiz yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşdə mina partlayışı zamanı ağır yaralanıb. II qrup Qarabağ əlilidir./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26