Interposta.Info

Ruhi xəstəni zəncirləyən market sahibi həbs edildi - VİDEO

Ölkə
 18-02-2021, 16:39     263

Mağazadan icazəsiz su içən şəxsi zəncirləyən market sahibi Rahib Lətifov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunda yaşayan ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxsi marketdən bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə zəncirləyən həmin marketin sahibi Rahib Lətifov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, məhkəmənin qərarı ilə inzibati qaydada 30 sutka həbs olunub.

R.Lətifov əməlindən peşman olduğunu bildirib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26