Interposta.Info

Polis Mətanət İsgəndərlinin oğlunun əməlini araşdırır - RƏSMİ

Ölkə
 11-02-2021, 11:37     491

Sosial şəbəkələrdə müğənni Mətanət İsgəndərlinin oğlu Kərimin öz övladını döyməsi ilə bağlı məlumatlar yayılıb.

"İnterPosta"nın məlumatına görə, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan iddiaların təfərrüatları Bakı şəhər Baş Polis İdarəsində araşdırılır:

“Vətəndaş Aynur Həmidova polisə dəvət olunaraq izahatı alınıb. Hazırda təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib.

Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlüyün hazırda rəsmi boşanmaları üçün məhkəmə işi davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26