Interposta.Info

Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Ölkə
 8-02-2021, 08:26     283

Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26