Interposta.Info

Güclü külək kənd təsərrüfatına ciddi zərər vurub

İqtisadiyyat
 24-08-2019, 10:40     10 425

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.

"İnterPosta.info" report-a istinadən verdiyi məlumata görə, respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.

Güclü külək Quba və Xaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib.

Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, armud, şaftalı yerə tökülüb. Nəticədə təsərrüfat sahiblərinə ciddi ziyan dəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26