Interposta.Info

Diqqət: 65 yaşdan yuxarı şəxslər üçün vaksinasiya başlayır

Ölkə
 3-02-2021, 20:42     399

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

"İnterPosta"xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib

Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26