Interposta.Info

COVID-19-a yoluxan şəxslər nə vaxt peyvənd oluna bilər? - TƏBİB-dən cavab

Müxtəlif
 8-02-2021, 10:03     541

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmaları məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən "İnterPosta"ya bildirilib ki, virusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.

Qeyd olunub ki, 6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə peyvənd oluna bilər.

Xatırladaq ki, bu gündən Azərbaycanda 65 yaşdan yuxarı risk qrupuna aid olan əhali qrupunun peyvəndlənməsinə başlayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26