Interposta.Info

Şamaxı-Muğanlı-İsmayıllı yolunda avtomobillərin hərəkəti iflic oldu - FOTOLAR

Ölkə
 21-01-2021, 18:19     339

Güclü qar nəticəsində səhər saatlarından Şamaxı-Muğanlı-İsmayıllı yolu bağlanıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd olunub.

Vətəndaşlar bildirir ki, yolun buz bağlaması səbəbi ilə xeyli sayda avtomobil yolda qalıb:

“Artıq iki gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Xüsusilə də İsmayıllı-Muğanlı yolunda yağan güclü qar sürücülərə ciddi problemlər yaradıb. Səhər saatlarından şaxtalı hava səbəbindən yolun bir hissəsi bağlanıb.

Enişli-yoxuşlu yollarda 100-ə yaxın sürücü maşınını əlacsız olaraq yolda qoyub və piyada gedib. Bəzi nəqliyyat vasitələri isə sürüşərək yoldan kənara çıxıb”.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26