İsmayıllıda sel magistral yolu iflic etdi –

İsmayıllıda sel ciddi fəsadlar törədib.
ARB Şəki xəbər verir ki, İsmayıllı rayonunda bugün günorta saatlarından başlayaraq yağan yağış 10-15 dəqiqə ərzində güclənərək Qurbanəfəndi kəndinin Şirinsu ərazisində, Qəbələ İsmayıllı yolunun 17 km-də magistral yolda avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Özü ilə daş parçaları və ağaclar gətirən güclü sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb.
Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün selin qarşısını almaq mümkün olmayıb. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyib. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası əraziyə cəlb olunub, yaranan təhlükənin qarşısı alınıb.
Qabaqlayıcı tədbirlər nəticəsində avtomobillərə ziyan dəyməyib. Hərəkət bərpa olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26