Interposta.Info

Məktəblərdə qış tətili bu səbəbdən ləğv ediləcək – Təhsil eksperti

Ölkə
 6-01-2021, 17:53     387

"Yanvar ayının sonunda orta ümumtəhsil məktəblərində nəzərdə tutulan tətil ləğv edilməlidir".

Bunu İnterPosta"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.



"Şagirdlər dekabrın 30-dan yanvarın 5-ə qədər də əlavə qış tətilində oldular. Bundan sonra qeyri-iş günləri istisna olmaqla hər hansı bir tətil günləri həyata keçirilməməlidir. Çünki kifayət qədər bizim şagirdlərimiz oktyabrın 9-dan noyabrın 2-nə kimi eyni zamanda dekabr ayında və yaxud da qeyri-iş günlərdində evdə qalırlar, tədris prosesindən kənarlaşırlar. Bu, şagirdlərin zəruri bilik və bacarıqlarının əldə etməsinə ciddi şəkildə mane olacaq".

Kamran Əsədov Nazirlər Kabinetinin dərs ilinin uzadılması və tətil müddətləri ilə bağlı qaydalara dəyişiklik edəcəyinə inanır:

"Qış tətili yanvar ayının 26-da birinci yarımilin başa çatması zamanı nəzərdə tutulur. Etiraf edək ki, onlayın qaydada materialların tam çatdırılması mümkün deyil. Eyni zamanda oktyabrın 19-dan noyabrın 2-ə qədər müddətdə şagirdlər tətildə olublar və həmin müddətdə tədris prosesi həyata keçirilmədi. Onlayın qaydada təhsilin həyata keçirilməsində internet məhdudiyyəti vardı. Müəllimlər zəruri bilik və bacarıqlarını şagirdlərə çatdırmırlar. Ona görə də şagirdlərin qış tətilinin qısaldılması, yaxud da ləğv edilməsi və tədris ilinin uzadılması qaçılmazdır. İnanıram ki, yaxın günlərdə Nazirlər Kabineti bununla bağlı qərar qəbul edəcək".

Kamran Əsədova görə, belə qərarın verilməsində bir məqsəd var:

"Məqsəd odur ki, bu il üçün nəzərdə tutulmuş proqramlar şagirdlərə çatdırıla bilsin".\qaynainfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26