Interposta.Info

Qusar İH üç aydır şəhid məzarının üstünü niyə düzəltdirmir?

Ölkə
 4-01-2021, 14:14     340

"Yanvarın 8-ə kimi 38 şəhidin məzarının üstü qoyulacaq".

Bunu "İnterPosta"-ya açıqlamasında Həsənqala kənd bələdiyyəsinin sədri Ağa Ömərli şəhid İsmayılov Orxan Qədim oğlunun məzarının üstünün götürülməməsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Orxan İsmayılov rayonun ilk şəhidlərindəndir:

"Qusar rayonundan 38 şəhid var. Onların hər biri üçün eyni şəkildə, eyni ölçüdə, eyni rəngdə başdaşı sifariş olunub. Qəbir daşları Xaçmaz rayonunda hazırlanır. Bütün daşlar hazırdır, yanvarın 8-ə kimi 38 şəhidin məzarının üstü qoyulacaq".

Qeyd edək ki, Qusar rayonu, Həsənqala kənd sakini şəhid İsmayılov Orxan Qədim oğlu 5 oktyabr 2020-ci ildə dəfn edilib. Sosial şəbəkələrdə onun məzarının üstünün görürülməməsi ilə bağlı narazılıqlar ifadə olunub. \qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26