Interposta.Info

I Qarabağ müharibəsində nə qədər insan itkin düşüb? - Açıqlama

Ölkə
 23-12-2020, 19:07     538

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 dekabr 2020-ci il tarixinə 3890 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan Modern.az saytına verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3171 nəfər, mülki şəxslərin sayı 7198 nəfərdir. Ümumilikdə itkinlərin 3623 nəfərini kişilər, 267 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 267 nəfər, qocalar 326 nəfərdir.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 872 nəfər təşkil edir. Bunlardan 774-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 605 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir.

Həmin mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

1 dekabr 2020-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1480 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1102 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 224-ü uşaqlar, 357-si qadınlar, 225-i qocalar olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26