Interposta.Info

Dövlət Komissiyası açıqladı: Erməni əsirliyində nə qədər azərbaycanlı var?

Müxtəlif
 3-08-2018, 21:25     10 587

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı açıqlanıb.

"XeberBiz" Dövlət Komissiyasına istinadən xəbər verir ki, 1 avqust 2018-ci il tarixinə itkin düşənlərin sayı 3875 nəfərdir. Onlardan 3610 nəfəri kişi, 265 nəfəri qadındır.

İtkin düşmş şəxslərin 3168 nəfəri hərbçi, 707 nəfəri mülki vətəndaşlardır. 707 nəfərdən 67-si uşaq, 265-i qadın, 324-ü qocadır.

Əsir-girov götürülməsi barədə Dövlət Komissiyasına məlumatlar daxil olmuş şəxslərin sayı 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərdən 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxs olub. 604 mülki vətəndaşın 29-u uşaqlar, 98-i qadınlar, 112-si qocalardır.

Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfər olub. Bunun 1113 nəfəri kişilər, 363 nəfəri qadınlar olub.

Əsir və girovluqdan azad edilənlərin 362 nəfəri hərbçilər, 1114 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin 223-ü uşaqlar, 363-ü qadınlar, 224-ü qocalar olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26