Interposta.Info

Prezident icra başçısını işdən çıxardı

Ölkə
 8-12-2020, 18:16     454

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"İnterPosta"-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, dünən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi və icra başçısının həbs olunması barədə xəbər yayılıb. Bu barədə hələ rəsmi açıqlama verilməyib.

"İnterPosta.info"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26