Interposta.Info

Tanınmış diktor Sabir Ələsgərov vəfat edib

Ölkə
 21-11-2020, 10:00     570

Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

"İnterPosta" xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Xalq artisti 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri, daha sonra "Xәbәrlәr” informasiya proqramının, "Sәadәt”, "Günün nәbzi”, "Sәfa” vә digər verilişlәrin aparıcısı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26