Interposta.Info

Məktəblərdə noyabr ayının tətili ilə önə çəkilir

Ölkə
 16-10-2020, 11:47     573

"Deməzdim ki, bütün internet resurlarında məhdudiyyət var".

"İnterPosta" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqdə deyib: "Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə” qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası ərazisində yerləşən bütün təhsil müəssisələrində 2020-ci il 19 oktyabrdan 2 noyabr tarixinədək əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilir. Qeyd edilən dövr ərzində ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti isə tamamilə dayandırılır. Yəni bugünki tətil noyabr ayının tətili ilə əvəz edilir"./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26